Menu

İran hücum doktrinasına keçdiyini açıqladı - "Təcavüz aktına dərhal cavab veriləcək"

22.08.2026, 17:48
İran hücum doktrinasına keçdiyini açıqladı -  "Təcavüz aktına dərhal cavab veriləcək"

İran ordusu son döyüş əməliyyatlarından sonra müdafiə xarakterli hərbi doktrinadan hücum doktrinasına keçib.

"AzPolitika" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyə bildirib.

“Əvvəllər ölkənin hərbi doktrinası müdafiə xarakteri daşıyırdı, lakin son iki müharibə zamanı tədricən müdafiə doktrinasından hücum doktrinasına keçidin şahidi olduq”, - deyə general qeyd edib.

Əkrəminiyə bildirib ki, yeni doktrinanın göstəricilərindən biri qabaqlayıcı əməliyyatların həyata keçirilməsidir.

“Hücum xarakterli hərbi doktrina konsepsiyasının digər istiqaməti ondan ibarətdir ki, istənilən təcavüz aktına mütləq dərhal cavab veriləcək və bu cavab təcavüz aktının özündən daha geniş ola bilər,” – o bildirib.

Şərhlər

Eli 2026-08-22 18:48:05

Dünyanın xilasını müharibede gören bu Generalların əger ovladları vuruşsa bu heç vaxt bele "dahiyane" fikirler səsləndirmez Putin kimi :2 Qlzı var ne vecine alkaş İvandan 2-3 million olmadın ne olacaq Nataşalaea ər qəhətdi bir xarici tapıb keçecek boğazına Putinin qlzları kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol