Menu

"ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz" - Rza Arif

22.08.2026, 23:15
"ABŞ-nin iqtisadi təzyiqi İran xalqının iradəsini dəyişdirə bilməz" - Rza Arif

Vaşinqtonun sanksiyalar vasitəsilə Tehrana artan iqtisadi təzyiqi İran hökumətinin və xalqının mövqeyini dəyişməyəcək, əksinə, əks təsir göstərəcək.

"Report"un məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif "X" sosial şəbəkəsində yazıb.

"Hökumət imkan verməyəcək ki, Amerika iqtisadiyyatı (təzyiqi-red) iqtisadi sabitliyə və insanların (İran əhalisinin- red) dolanışığına zərbə vursun. İslam İnqilabının təcrübəsi göstərdi ki, iqtisadi təzyiq İran xalqının iradəsini dəyişdirə bilməz və əks nəticəyə gətirib çıxarır", - o yazıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp genişmiqyaslı iqtisadi müharibənin başladığını və İranın təcrid olunacağını elan edib. O, həmçinin İslam Respublikasını dəstəkləyən və ya iqtisadi əlaqələri olan ölkələri sanksiyalarla hədələyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol