Menu

Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı

22.08.2026, 23:58
Yeniyetmə bacı-qardaş göldə batdı - Qızın meyiti tapıldı

İsmayıllıda göldə iki yeniyetmə - bacı və qardaş batıb.

"AzPolitika"nın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.

Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.

Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol