ABŞ-nin Florida ştatının Boka-Raton şəhərində yüngül mühərrikli təyyarə çimərlik yaxınlığında qəzaya uğrayıb.
"Report"un yerli polisə istinadən verdiyi məlumata görə, qəza zamanı təyyarədə bir nəfər olub.
O, ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb. Yerli medianın məlumatına görə, həmin şəxsin həyatı üçün təhlükə yoxdur.
Mülki Aviasiya Federal İdarəsi qəzanın səbəbini və başvermə şəraitini araşdırır. Mütəxəssislər həmçinin təyyarəni sudan çıxarmaq üçün çalışırlar.

Şərhlər