TƏBİB Göyçayda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1 kişi, 1 qadın) 23.08.2026-cı il tarixində saat 02:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndilir. Bir nəfər isə öz istəyilə Ucar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub", - deyə məlumatda qeyd olunub.
09:31
Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi dünyasını dəyişib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
03:43
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.
İlkin məlumata görə, "Kia" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıb. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Göyçayda ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.

Şərhlər