İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gətirə biləcək böyük qaz yatağı aşkarlanıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Möhsün Paknejad məlumat verib.
"Fars əyalətinin cənubundakı Taxta yatağında aşkarlanan qaz az kükürdlüdür ki, bu da işlənmə və istismar xərclərini azaldır", - o vurğulayıb.
Qiymətləndirmələrə görə, yataqda 212 mlrd. kubmetr qaz var və ondan 161 mlrd. kubmetr hasil etmək mümkün olacaq. Paknejadın sözlərinə görə, bu həcm "Cənubi Pars" yatağındakı bir fazanın təqribən 15 illik hasilatına bərabərdir.
Bundan əlavə, nazir yataqda əhəmiyyətli həcmdə qaz kondensatının olduğunu da qeyd edib:
"Bu yataqda qazdan əlavə, dəyəri on milyardlarla dollar olan çox böyük həcmdə qaz kondensatı da aşkarlanıb".

Şərhlər