Azərbaycan Sizin rəhbərliyiniz ilə ölkənin inkişafında və beynəlxalq arenada böyük uğurlar qazanır.
"Report"un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev təltifolunma mərasimində çıxışında deyib.
"Yaxın dost, yaxın qonşu və müttəfiq olaraq, biz həmişə bu nəticələrə sevinirik. Siz ölkənin ərazi bütövlüyünü bərpa etməklə bir daha xalqınızı birləşdirdiniz. Siz dahi atanız, hörmətli Heydər Əliyevin işini layiqincə davam etdirirsiniz, onun müdrik vəsiyyətlərini, arzularını və istəklərini ardıcıl olaraq həyata keçirirsiniz. Azərbaycana səfərlərim zamanı şəxsən Qarabağda baş verən böyük dəyişikliklərin və bölgənin dinamik inkişafının şahidi oldum. Həmişə deyirəm ki, Azərbaycan bizim yaxın, etibarlı, zamanın sınağından çıxmış dostumuz və tərəfdaşımızdır", - Özbəkistan Prezidenti bildirib.

Şərhlər