NİDA Vətəndaş Hərəkatının üzvü, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anasının ölümündə şübhəli bilinərək həbs edilən qardaşı Elvin Məmmədovun ölüm səbəbi məlum olub.

"AzPolitika" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, avqustun 21-də saat 14:40 radələrində 1992-ci il təvəllüdlü kişi şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Pasiyentə beyin-qan dövranının işemik insult tipli pozulması diaqnozu təyin edilib. Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Şəxsin bioloji ölümü avqustun 23-də saat 16:00 radələrində qeydə alınıb.

****

Bayram Məmmədovun həbs edilən qardaşı vəfat edib. Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

"AzPolitika" NOCOMMENT.az-a istinadla xəbər verir ki, o, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb. Onun vəfatının səbəbi hələlik bilinmir.

Qeyd edək ki, Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Məsələ ilə bağlı Penitensiar xidmətin və TƏBİB-in mətbuat xidmətlərinə sorğu göndərilib.