Menu

Bakıda mənzilini yandıran şəxs saxlanılıb. - Xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

24.08.2026, 12:45
Bakıda mənzilini yandıran şəxs  saxlanılıb. - Xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilib

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.

Həmin şəxsin xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, hadisə dünən axşam saatlarında Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol