Menu

Husilər Səudiyyə sahillərində neft tankerini vurub

24.08.2026, 17:25
Husilər Səudiyyə sahillərində neft tankerini vurub

Bu gün Yəmən husiləri Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində, Yanbu liman şəhərindən təxminən 63 dəniz mili qərbdə neft tankerinə zərbə endiriblər.

Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, mərminin zərbəsi nəticəsində gəminin əsas göyərtəsində yanğın başlayıb.

Bildirilib ki, bütün heyət üzvləri təhlükəsiz vəziyyətdədir. Habelə, hadisə nəticəsində ətraf mühitə hər hansı zərərin qeydə alınmadığı açıqlanıb.

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol