Menu

Bərdədə yol qəzası olub - Xəsarət alanlar var

24.08.2026, 21:41
Bərdədə yol qəzası olub - Xəsarət alanlar var

Bərdə rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisəsi Bərdə-Ağdam avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xidaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol