ABŞ Suriyanı rəsmi olaraq terrorçuluğun dövlət sponsorları siyahısından çıxarıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş açıqlamada bildirilib.
"Prezident (ABŞ-red) Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması vədinə uyğun olaraq, Dövlət Departamenti bu gün Suriyanın terrorizmin dövlət sponsoru kimi tanınmasını ləğv edib", - açıqlamada deyilir.
Bundan əlavə, "Həyat Təhrir əş-Şam" terror təşkilatları siyahısından çıxarılıb. Qeyd olunur ki, qərar həmçinin Suriya hökuməti üçün iqtisadi inkişaf və beynəlxalq ticarət imkanlarını genişləndirir.

Şərhlər