Menu

Ağdamda 57 yaşlı kişi qətlə yetirilib

25.08.2026, 08:05
Ağdamda 57 yaşlı kişi qətlə yetirilib

Ağdamda qətl hadisəsi törədilib.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol