Sinqapurda əhalinin daha çox uşaq sahibi olmasını təşviq etmək məqsədilə ailələrə genişmiqyaslı dəstək proqramı təqdim edilib.

"AzPolitika" xəbər verir ki, yeni proqram çərçivəsində bir uşağa düşən ümumi yardımın məbləği 55 min dolları (93 min 500) ötə bilər.

Bu vəsait valideynlərə birdəfəlik ödənilmir. Məbləğə müxtəlif müavinətlər, tibbi yardım, güzəştlər və ailələr üçün nəzərdə tutulan digər dəstək tədbirləri daxildir.

Hökumət bu addımla ölkədə son illər ciddi problemə çevrilən doğum səviyyəsinin azalmasının qarşısını almağa çalışır.

Qeyd edək ki, Sinqapur dünyada doğum səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Bu səbəbdən hökumət valideynlərə göstərilən dəstəyi mərhələli şəkildə artırır.(publika.az)