Menu

BANM qəbul nəticələrinə görə liderdi - Bütün ixtisaslarda keçid balı 600-ü ötüb

25.08.2026, 12:13
BANM qəbul nəticələrinə görə liderdi - Bütün ixtisaslarda keçid balı 600-ü ötüb

Ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbi (BANM) bütün ixtisaslar üzrə dövlət sifarişli (pulsuz) yerlərinin keçid balı 600-dən yüksək olan yeganə universitet olub.

“AzPolitika” xəbər verir ki, qəbul göstəricilərinə əsasən, ali məktəbdə ən yüksek keçid balı İnformasiya təhlükəsizliyi ixtisasında qeydə alınıb.

Universitetin ixtisaslar üzrə formalaşan minimum keçid balları aşağıdakı kimi müəyyənləşib:

İnformasiya təhlükəsizliyi – 675,9 bal

Kompüter elmləri – 674,1 bal

Kimya mühəndisliyi – 669,7 bal

Kompüter mühəndisliyi – 658,7 bal

Data analitikası – 652,1 bal

Maliyyə – 648,1 bal

Neft-qaz mühəndisliyi – 643,2 bal

Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 635,2 bal

Biznesin idarə edilməsi – 603,6 bal

Açıqlanan göstəricilər bu il abituriyentlər arasında BANM-in mühəndislik, informasiya texnologiyaları və iqtisadiyyat ixtisaslarına tələbatın yüksək səviyyədə qaldığını göstərir.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol