Menu

Əfqanıstan İslam Əmirliyinin sözçüsü əsl adını açıqlayıb

25.08.2026, 12:22
Əfqanıstan İslam Əmirliyinin sözçüsü əsl adını açıqlayıb

Əfqanıstan İslam Əmirliyinin sözçüsü Zəbihullah Mücahid ilk dəfə olaraq əsl adının Tahir Şah Sediqi olduğunu açıqlayıb.

“AzPolitika” xəbər verir ki, o, bunu BBC-yə verdiyi müsahibəsində deyib.

Lakin o, nə üçün Zəbihullah Mücahid adını daşıdığını nə ətraflı izah edib, nə də təfərrüatları deməyib.

Qadın hüquqları ilə bağlı suala cavab olaraq Mücahid bildirib: “Biz qadın hüquqlarına, ifadə azadlığına və şəriət çərçivəsində digər məsələlərə sadiqik. Hər şeyə şəriət prizmasından baxılmalıdır”.

Dövlət idarələrində çalışan qadınlara gəldikdə isə, o, bəzi idarələrdə onların iştirakının “qanunsuzluğa” səbəb ola biləcəyini söyləyib.

Mücahid həmçinin qadınların təhsili məsələsinin hələ də müzakirə mövzusu olduğunu və “şəriətə əsaslanan həll yolu”na ehtiyac olduğunu deyib.

Səmla

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol