Ermənistan Parlamentinin müxalif "Ermənistan" fraksiyasının deputatı İşxan Sağatelyan yerli mətbuata açıqlamasında keçmiş prezident Robert Köçəryan və oğlu Sedrak Köçəryan saxlanılmasını, eləcə də ailəyə məxsus mülklərdə aparılan axtarışları kəskin tənqid edib.
“AzPolitika” xəbər verir ki, Sağatelyan baş verənləri birbaşa hakimiyyətin siyasi sifarişi kimi dəyərləndirib.
"Bu, açıq-aşkar verilmiş siyasi təlimatdır. Məqsəd Türkiyə və Azərbaycanın tələblərini tam yerinə yetirmək üçün Ermənistandakı siyasi müxalifəti, milli düşüncəli insanları və bütün müqavimət ocaqlarını məhv etməkdir," – deyə deputat bildirib.
Xatırladaq ki, səhər saatlarından etibarən Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən Köçəryanlar ailəsinə məxsus evlərdə, eləcə də onlarla bağlı olan "Toyota İrəvan", "Pregomesh", "Orange Fitness" və "Play City" kimi biznes obyektlərində kütləvi axtarışlar aparılır.
“AzPolitika.info”

Şərhlər