Menu

Sinqapurda hər uşağa 55 min dollar veriləcək - Hökumətin yeni planı

25.08.2026, 15:08
Sinqapurda hər uşağa 55 min dollar veriləcək - Hökumətin yeni planı

Sinqapur hökuməti ölkədə sürətlə azalan doğum səviyyəsini artırmaq məqsədilə ailələr üçün genişmiqyaslı yeni dəstək paketi açıqlayıb. 

"AzPolitika" xəbər verir ki, yeni proqram çərçivəsində hər bir Sinqapur vətəndaşı uşağına doğumdan 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları (55 min ABŞ dolları) məbləğində dövlət dəstəyi göstəriləcək.

Baş nazir Lourens Vonqun açıqladığı yeni paketə əsasən, ailələr uşağın doğumu zamanı 10 min Sinqapur dolları məbləğində birdəfəlik ödəniş alacaq. Uşaq 17 yaşına çatdıqda isə təhsil xərcləri üçün daha 10 min Sinqapur dolları ayrılacaq.

Bundan əlavə, uşaqların təhsili, səhiyyəsi və baxımı ilə bağlı müxtəlif subsidiyalar tətbiq ediləcək, məktəbəqədər yaşda olan uşaqlar üçün bağça xərclərinin də azaldılması nəzərdə tutulur.

Yeni siyasətdə ailələrin mənzil problemi də nəzərə alınıb. Dövlət tərəfindən dəstəklənən mənzillərə müraciət edən ailələrin hər əlavə uşaq üçün mənzil əldə etmək şanslarının artırılması planlaşdırılır.

"AzPolitika.info"

Şərhlər

Eli 2026-08-25 15:31:38

Eynen bizdeki kimi Onlar bunu bizden öyrenibler.Bunu satan ya "Asan xidmet" ya " dost adl"Düşmen" xidmeti edib,yoxsa Sinqapurlularda baş hardadı millet haqqında fikirleşsinler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol