Menu

Paşinyandan müxalifətə istehza -“Mandatınızı təhvil verib gedin, inqilab edin!"

25.08.2026, 16:10
Paşinyandan müxalifətə istehza -“Mandatınızı təhvil verib gedin, inqilab edin!"

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı müxalifət fraksiyalarının "hakimiyyətin legitimliyi" ilə bağlı ittihamlarına sərt və istehzalı tonla cavab verib.

“AzPolitika” xəbər verir ki, Paşinyan müxalifətin hakimiyyəti qeyri-legitimlikdə günahlandırmasını absurd adlandıraraq, onları real siyasi addımlar atmaq yerinə ancaq bəyanat verməkdə ittiham edib.

Müxalifətçilərə müraciət edən Baş nazir onları mandatlardan imtina etməyə və "küçə mübarizəsinə" çağırıb: "Hörmətli həmkarlar, indi isə ən maraqlısı. Bu müxalifət məhz legitimlik mövzusunu ön plana çıxarır. Hakimiyyət legitimdirmi? Mən hələ parlamentin əvvəlki çağırışının sonunda deyirdim: Mandatlarınızı təhvil verin! İctimaiyyət sizdən inqilab gözləyir, edin bunu! Qeyri-legitim seçkilərdən və qeyri-legitim hakimiyyətdən yaxşı inqilabi şərait ola bilməz".

Paşinyan özünün 2018-ci ildəki hakimiyyətə gəliş yolunu xatırladaraq müxalifətə istehza edib: "Biz axı sizə nümunə də göstərmişdik: Gümrüdən çıxın - istəyirsiniz piyada, istəyirsiniz maşınla. Biri oradan gəlirdi, digərləri dörd bir tərəfdən gəlirdi... Nə bilim, minin maşınlara, gedin, inqilab edin!"

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol