Menu

"Kanada dövlət deyil" - Tramp

25.08.2026, 18:33
"Kanada dövlət deyil" - Tramp

ABŞ Prezidenti Donald Tramp Kanadanı əməkdaşlıq etdiyi ölkələr arasında ən mürəkkəb və məntiqsiz ölkə hesab edir.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, Kanada on illərdir ABŞ-ı “qarət edib”.

“Onlar bizim fermerlərimizə 400%-lik və daha artıq tarif tətbiq edirlər. Onlar bir çox möhtəşəm ABŞ şirkətini qovublar”, - Tramp vurğulayıb.

O, Kanadanın “dövlət olmadığını” qeyd edib.

Tramp Kanadanın bütün bunlara haqq qazandırdığını, lakin bundan sonra Ottavanın özünü haqlı hiss edə bilməyəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol