ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə münasibətlərinin yaxşı olduğunu bildirib.
"AzPolitika" xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb. Şimali Koreya lideri Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu vurğulayan Tramp, ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməyə razılaşmasından narazılığını ifadə edib.
Onun sözlərinə görə, bu təlimlər böyük xərc tələb edir və onun prezidentliyi dövründə Şimali Koreyanın Vaşinqtona qarşı təhdidedici və hörmətsiz davranmadığı bir vaxtda Pxenyana “tamamilə uyğunsuz və düşmənçilik siqnalı” göndərir.
Tramp diqqətə çatdırıb ki, təlimləri ləğv etmək artıq gecdir, buna görə də müharibə naziri Pit Heqsetə Cənubi Koreya ilə müştərək hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmaq barədə göstəriş verib.
O, həmçinin Cənubi Koreyadan “İranın nüvəsizləşdirilməsi” mövzusunda ABŞ-a dəstək istədiyini, lakin Seuldan “yox, təşəkkürlər” cavabı aldığını qeyd edib.
Qeyd edək ki, "Ulchi Freedom Shield" adlı illik təlimlər avqustun 17-də başlayıb və sonradan ABŞ-ın tələbi ilə müddəti qısaldılıb, bəzi sahə təlimləri isə simulyasiyaya çevrilib və ya ləğv edilib.

Şərhlər