"ABŞ və İsrail iqtisadi etirazları gücləndirərək ölkədə iğtişaş yaratmaq istəyir"
"AzPolitika" xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İslam Respublikasında iqtisadi narazılıqları artırmaqla daxili iğtişaşlar törətməyə çalışdığını bildirib.
O qeyd edib ki, düşmənlər hərbi yolla İran xalqını təslim edə bilməyəcəklərini anlayıblar, ona görə də sosial və iqtisadi problemlər yaradaraq ölkəni qarışıqlığa sürükləməyi hədəfləyirlər. Pezeşkianın sözlərinə görə, iqtisadi təzyiq ABŞ-nin İranı məcbur etmək üçün əsas strategiyalarından biridir.
Prezident vurğulayıb ki, problemlər qarşısında geri çəkilib təslim olmaq yolverilməzdir. O, dövlət rəsmilərinin əsas səyinin həmrəyliyi qorumaq olduğunu söyləyib və cəmiyyətin bütün üzvlərinin iştirakı ilə ölkəni inkişaf etdirəcəklərini ifadə edib.

Şərhlər