Suriyada fəaliyyət göstərən Suriya Demokratik Qüvvələri ləğv olunub

"AzPolitika"  xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Abdi qruplaşmanın müstəqil hərbi qüvvə kimi fəaliyyətinə son qoyulduğunu və Suriya ordusuna inteqrasiya edildiyini elan edib.

Bu açıqlamanı o, prezident Əhməd əl-Şaraa ilə görüşdən sonra Dəməşqdə keçirilən mətbuat konfransında verib.

Abdi bildirib: “Biz Suriya tarixində sülh, sabitlik və bərpa dövrünü başladırıq və SDQ-nin müstəqil hərbi qüvvə kimi mövcudluğunun sona çatdığını tam məsuliyyətlə elan edirik.”

O, həmçinin vurğulayıb ki, Suriyanın şimal-şərqindəki kürd muxtariyyətinin idarəetmə strukturları dövlət aparatının tərkibinə daxil ediləcək.

Qeyd edək ki, SDQ uzun müddət ölkənin şimal-şərqində nəzarəti əlində saxlayıb və ABŞ dəstəyi ilə İŞİD-ə qarşı mübarizədə əsas rol oynayıb. Son aylarda Dəməşq ilə aparılan danışıqlar və inteqrasiya prosesi nəticəsində qruplaşmanın müstəqil statusuna son qoyulub.