Menu

Ermənistan Müdafiə Nazirliyi “Monte” üçün pul ayırmayacaq

26.08.2026, 11:58
Ermənistan Müdafiə Nazirliyi “Monte” üçün pul ayırmayacaq

Ermənistan Müdafiə Nazirliyi ölkənin Milli Qəhrəmanı və separatçı rejimin “qəhrəmanı” elan etdiyi Monte Melkonyan haqqında çəkilən “Monte” filminə əvvəllər vəd etdiyi maliyyə dəstəyindən imtina edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyinin layihəyə dəstəkdən imtina etməsinin səbəbi filmdə hərbi səhnələrin olmasıdır. Layihəyə Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi, həmçinin İrəvan meriyası tərəfindən maliyyə dəstəyi göstərilib.

Filmin premyerasının noyabrın 25-də keçirilməsi planlaşdırılır. Xəbər yayılanadək Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Monte Melkonyan Ermənistan tərəfindən Milli Qəhrəman elan edilsə də, o beynəlxalq səviyyədə terrorçu kimi tanınır. “ASALA” qruplaşmasının üzvü kimi ABŞ və Fransada terror aktları təşkil edən Melkonyan Azərbaycana qarşı hərbi təcavüzdə aktiv iştirak edib. O 1993-cu ilin iyununda Ağdam ərazisində Milli Ordumuz tərəfindən məhv edilib.

Şərhlər

Eli 2026-08-26 12:07:00

Bu milletin yer küresinde 1 nümayendesi qalsa bele bu millet düzele bilmez bunkarda gerizekalıluq var:qan ve gen deyişilmese yeni heç ne gözlemeyin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol