Ukraynalılar arasında, onların dünya liderlərinə münasibətinə dair sorğu keçirilib.

“AzPolitika” xəbər verir ki, “Rating Group” tərəfindən aparılan sorğunun nəticələri Ukrayna mediasında dərc edilib.

Nəticələr göstərir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalıların rəğbət göstərdiyi üç dünya liderindən biridir. Ukraynanlılar Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında ən müsbət fikirlərə malikdirlər. 

Sorğuya görə, respondentlərin 79%-i Makrona, 64%-i Mertsə, 61%-i isə Ərdoğana müsbət baxdıqlarını bildiriblər. Sosioloqlar Ərdoğana müsbət münasibət səviyyəsinin 2024-cü illə müqayisədə xeyli artdığını qeyd ediblər.

Bundan əlavə, ukraynalılar Mertsə əvvəlki Almaniya kanslerlərinə nisbətən daha müsbət yanaşırlar.

Sorğu həmçinin göstərib ki, respondentlərin yalnız 16%-i ABŞ Prezidenti Donald Trampa müsbət yanaşır, 77%-i isə Amerika liderinə mənfi baxırlar.

Ukraynalıların 97%-i Vladimir Putinə olduqca pis baxırlar. Həmçinin, respondentlərin 90%-i Belarus lideri Aleksandr Lukaşenkoya mənfi baxdıqlarını bildiriblər. Respondentlərin yalnız 7%-i ona müsbət baxır.

Bundan əlavə, sorğu göstərib ki, ukraynalılar Macarıstanın Baş naziri Peter Madyara (34% mənfi) sələfi Viktor Orbana (74% mənfi) nisbətən daha yaxşı münasibət bəsləyirlər.

“AzPolitika.info”