Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani avqustun 27-də fevral ayında regional münaqişə başlayandan bəri ilk dəfə Tehrana səfər edəcək. Bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ənsari bildirib.

“Qətərin baş naziri və xarici işlər naziri sabah Tehrana səfər edəcək. Gözlənilir ki, o, regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələlərini müzakirə edəcək”, - deyə Qətərin Al Jazeera telekanalı onun sözlərini sitat gətirib.

Əl-Ənsari əlavə edib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin “diplomatik yolla həllinə sadiqliyini” təsdiqləyir.

Bu səfər Qətər hökumətinin başçısının İslam Respublikasına bu il fevralın 1-dən bəri ilk səfəri olacaq. Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb, İran isə cavab olaraq İsrail ərazisinə və regiondakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Qətər də dəfələrlə hücumlara məruz qalıb. Lakin münaqişənin aktiv hərbi mərhələsi başa çatdıqdan sonra Doha ABŞ və İran arasında atəşkəsin şərtlərinə dair dolayı danışıqlarda vasitəçi qismində öz xidmətlərini təklif edib. /Trend