Menu

KOÇARYAN HƏBS OLUNDU - Hansı ittihamlar irəli sürülüb?

27.08.2026, 08:51
KOÇARYAN HƏBS OLUNDU - Hansı  ittihamlar irəli sürülüb?

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bu barədə "Sputnik Ermənistan" xəbər verib.

R. Koçaryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb.

Ermənistan mediası qeyd edib ki, hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən iclas hələ dünəndən başlayıb. Gecə R. Koçaryan həkimlərin göstərişi ilə xəstəxanaya çatdırılıb və məsələnin baxılması onun iştirakı olmadan davam edib.

İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Koçaryan, onun oğlu və digər şəxslər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol