UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyənin “Fənərbağça” klubu Fransada “Lion”u 2:1 hesabı ilə məğlub edərək turnirin liqa mərhələsinə vəsiqə qazanıb. 

Lakin qarşılaşmadan sonra meydanda xoşagəlməz hadisələr yaşanıb. “Fənərbağça”nın fransalı futbolçusu Matteo Guendouzi komandasının qələbəsini qeyd edərkən “Lion” futbolçularının reaksiyası ilə qarşılaşıb. Tərəflər arasında mübahisə yaranıb və digər futbolçuların müdaxiləsindən sonra gərginlik qısa müddətə səngiyib. 

Bundan sonra Guendouzi paltardəyişmə otağına gedərkən tunelin girişində daha ciddi insident baş verib. Tribunadan bir azarkeş meydançaya daxil olaraq futbolçuya tərəf qaçıb və ona hücum etməyə cəhd göstərib. Təhlükəsizlik əməkdaşları vaxtında müdaxilə edərək azarkeşi uzaqlaşdırıblar. 

"AzPolitika.info"