Nepalın Çin sərhədində yerləşən Rasuva rayonunda baş verən güclü daşqın nəticəsində Nepal və Çində ölənlərin ümumi sayı 168-ə çatıb.

Nepal hökumətinin məlumatına görə, ölkədə 165 nəfər ölüb, 823 nəfər itkin düşüb, 73 nəfər isə xəsarət alıb. İtkinlər arasında 400-dən çox turist və su elektrik stansiyasında çalışan əcnəbilər də var.

Çinin sərhəd bölgəsində isə daşqın və palçıq axını nəticəsində 3 nəfər ölüb, 558 nəfər itkin düşüb, 2 nəfər xilas edilib.

Hazırda hər iki ölkədə axtarış-xilasetmə işləri davam etdirilir. Daşqın nəticəsində yaşayış məntəqələri, sərhəd-keçid məntəqəsi, yollar və tikilməkdə olan su elektrik stansiyası ciddi zərər görüb.

"AzPolitika.info"