Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki siyasi gərginlik və müxalifətin etirazları fonunda qalmaqallı bəyanatla çıxış edib. Baş nazir xalqın hər bir qərarına tabe olmağa hazır olduğunu, hətta ən ağır ssenari ilə belə razılaşacağını bildirib.
"AzPolitika" xəbər verir ki, ölkə vətəndaşlarına müraciət edən Paşinyan, narazı kütləni küçələrə çıxmağa və müxalifət liderlərini dəstəkləməyə çağıraraq sərt və sarkastik ifadələr işlədib:
"Əgər Ermənistan vətəndaşları səhv edildiyini düşünürlərsə, inqilab etmək hüquqlarına malikdirlər. Qoy Koçaryanın, Tsarukyanın və digərlərinin, Kaluqa oliqarxının mülkiyyəti və Serj Sarkisyanın təmiz zəhmətlə qazandıqları uğrunda küçələrə çıxsınlar. Bütün hörmətimlə deyirəm. Qoy bizi hakimiyyətdən kənarlaşdırsınlar və sevimli, ən dürüst Koçaryanı, Sarkisyanı, Tsarukyanı gətirsinlər, bizi də Respublika Meydanında assınlar. Mən bu ssenari ilə razıyam. Xalqın qərarı mənə görə müzakirə mövzusu deyil."
Paşinyanın bu bəyanatı ölkədə köhnə elitanın və müxalifət blokunun yenidən fallaşmasına cavab kimi qiymətləndirilir.
"AzPolitika.info"

Şərhlər