Menu

"MKİ direktoru Rusiyadan İrana dəstəyi azaltmağı istəyib" - "Politico"

27.08.2026, 14:51
"MKİ direktoru Rusiyadan İrana dəstəyi azaltmağı istəyib" - "Politico"

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retklif Moskvaya gizli səfəri zamanı Rusiya rəsmilərini İrana hərbi və iqtisadi dəstəyi azaltmağa çağırıb.

"Politico" nəşri yazıb ki, Retklif Rusiyanın Tehrana silah və müdafiə texnologiyaları tədarükünü azaltmasını istəyib. O, habelə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların Rusiyaya təsir göstərə biləcəyi təqdirdə Moskvanı “həddindən artıq reaksiya” verməməyə çağırıb.

Kremlin məlumatına görə, MKİ direktoru Rusiya kəşfiyyatının nümayəndələri ilə görüşüb, ancaq prezident Vladimir Putinlə görüşməyib. Kreml Retkliffin səfərinin detalları barədə məlumat verməyib və Putinin görüşün nəticələri barədə məlumatlandırıldığını bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol