Bosniya və Herseqovinada törətdiyi hərbi cinayətlərə görə cəza çəkən Bosniya serblərinin generalı Ratko Mladiç bu gün 84 yaşında ölüb.
Bu barədə Serbiya mediası məlumat yayıb.
Qeyd olunur ki, o, BMT-nin Haaqadakı istintaq təcridxanasında vəfat edib.
Qeyd edək ki, “Serb qəssabı” ləqəbi ilə tanınan general 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib.
1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməso Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.
Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.
2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib..


Şərhlər
Beynelxakq qanunlarda böyük haqsızluq ve ziddiyyetker var yeni sen blr milleti qır mehv ele sonra da güllelenme yox ömürlük hebs cezası verilsin.Budurmu beynelxalq Edalet Beynelxakq Hüquq.Budursa tüpürüm beje qanunlara bundansa Quranda deyilenker daha dğzgün daha mükemmeldir.