Menu

Tramp MKİ direktorunun Moskvaya səfərini şərh edib

27.08.2026, 23:05
Tramp MKİ direktorunun Moskvaya səfərini şərh edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff və Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin arasında çox yaxşı münasibətlər var və onlar altı aydan bir və ya ildə bir dəfə danışıqlar aparırlar.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində bildirib.

Tramp Retkliffin Moskvaya son səfərini “adi hal” adlandırıb və səfərin mediada işıqlandırılmasına təəccübləndiyini bildirib.

“Retkliff öz rusiyalı həmkarı ilə altı aydan bir və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Heç bir mesaj olmayıb və qeyri-adi heç nə baş verməyib”, – deyə Tramp bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol