Menu

Dünya bazarında neft ucuzlaşmaqda davam edib

28.08.2026, 08:26
Dünya bazarında neft ucuzlaşmaqda davam edib

Dünya əmtəə bazarlarında neft qiymətləri ucuzlaşıb.

“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,34 dollar və ya 0,38% azalaraq 89,36 ABŞ dollarına düşüb. ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,32 dollar və ya 0,38% ucuzlaşaraq 83,21 dollar təşkil edib.

Həftəlik hesablamada isə “Brent” təxminən 5,3%, WTI isə 4,3% ucuzlaşıb. Analitiklər neftin ucuzlaşmasını Hörmüz boğazının yenidən açılması istiqamətində diplomatik səylərin güclənməsi və bunun tədarük risklərini azalda biləcəyi gözləntiləri ilə əlaqələndirirlər. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol