ABŞ-nin Prezident Administrasiyası Kanada ilə ticarət danışıqları zamanı rəsmi Ottavadan Çin mallarının Kanada vasitəsilə ABŞ-yə tranzit keçməsinin qarşısını almaq üçün tarifləri artırmasını tələb edib.

Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

"Komandamız dedi ki, əgər sizə tariflərdə ən çox əlverişli ölkə statusu versək, ticarət etdiyimiz hər hansı digər ölkədən daha yaxşı bir razılaşma verəcəyik. Siz Çinin ABŞ-ni Kanada vasitəsilə mallarla doldurmaq üçün tranzitdən istifadə etməsinə icazə verə bilməzsiniz. Buna görə də, siz, Kanada, Çinə qarşı tarifləri artırmalısınız", - o deyib.

Uolts əlavə edib ki, Vaşinqton Meksikaya da oxşar tələb irəli sürüb və Meksika hakimiyyəti də razılaşıb. /Apa