Menu

Kriptovalyuta bazarının son göstəriciləri

28.08.2026, 09:15
Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarında son sutka ərzində müsbət dinamika müşahidə olunub.

"AzPolitika" “CoinMarketCap” platformasına istinadla xəbər verir ki, “Bitcoin” son 24 saatda 1,26 faiz bahalaşaraq 79 828,21 dollara çatıb.

“Ethereum” 0,09 faiz artaraq 2 491,86 dollara, BNB isə 0,97 faiz yüksələrək 709,52 dollara çatıb. “Monero” 5,75 faiz, “Bittensor” 2,59 faiz, “Zcash” isə 0,87 faiz bahalaşıb. “Bitcoin Cash” isə 0,75 faiz ucuzlaşaraq 264,41 dollara enib.

Qızıl əsaslı kriptovalyutalarda ucuzlaşma qeydə alınıb. “PAX Gold” 1,04 faiz azalaraq 4 574,08 dollara, “Tether Gold” isə 0,96 faiz ucuzlaşaraq 4 570,50 dollara düşüb.

Bazarın ümumi kapitallaşması son sutkada 0,93 faiz artaraq 2,68 trilyon dollara yüksəlib.

Ekspertlər “Bitcoin”in bahalaşmasını bazarda risk iştahının yüksək qalması və investor tələbinin davam etməsi ilə əlaqələndirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol