Menu

Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

28.08.2026, 11:11
Ali məktəblərə qəbul olanların qeydiyyatı başlayıb

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

"AzPolitika" xəbər verir ki, qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək.

Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol