Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasını ziyarət edib.

“AzPolitika” qurumun yaydığı məlumata istinadla xəbər verir ki, nümayəndə heyətinə Komissiyanın fəaliyyəti, tibbi-sosial ekspertiza xidmətinin təşkili və bu istiqamətdə tətbiq olunan mexanizmlər barədə ətraflı məlumat verilib.

Qonaqlar tibbi-sosial ekspertizanın həyata keçirilməsi prosesi, vətəndaş müraciətlərinin qəbulu və qiymətləndirilməsi, eləcə də xidmətlərin təşkili ilə yerində tanış olublar.

Görüş zamanı tibbi-sosial ekspertiza sahəsində həyata keçirilən islahatlar, müasir yanaşmalar və qabaqcıl təcrübələrin tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və tibbi-sosial ekspertiza sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.

“AzPolitika.info”