Menu

Yer kürəsini maqnit qasırğası bürüyəcək

28.08.2026, 12:54
Yer kürəsini maqnit qasırğası bürüyəcək

Növbəti sutka (24 saat) ərzində Yer kürəsində geomaqnit dalğalanması gözlənilir. Bu, G1 səviyyəsində maqnit qasırğasına çevrilə bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə Kosmik Astronomiya Laboratoriyasından məlumat verilib.

Üçgünlük proqnoza əsasən, avqustun 29-da geomaqnit sahəsinin intensivliyi ilk saatlardan etibarən artacaq. 29 avqustda maqnit qasırğasının baş vermə ehtimalı 75 faizdir. Avqustun 30-da bu göstərici 22%-ə düşəcək.

Mütəxəssislər ona diqqət çəkirlər ki, hətta zəif G1 qasırğası belə enerji sistemlərində kiçik fasilələrə səbəb ola və meteohəssas insanların əhvalına təsir göstərə bilər.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol