Menu

Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

28.08.2026, 13:37
Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

"AzPolitika" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

"Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək", - məlumatda vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol