Bu ilin yanvar-iyul aylarında "AzərEnerji" ASC 7,5 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.

"AzPolitika" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ABŞ dolları və yaxud 87,5 % çoxdur.

Qeyd edək ki, 7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 % artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.