Menu

Azərbaycanın İrandakı səfirliyi ilə bağlı qərar - Baş nazir imzaladı

28.08.2026, 15:00
Azərbaycanın İrandakı səfirliyi ilə bağlı qərar - Baş nazir imzaladı

Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı Qərarda deyilir.

Baş nazirin qərarı ilə diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib.

Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq edilir və 2026-cı il 31 dekabr tarixinədək qüvvədədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol