Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisindəki strateji obyektdərə endirilən yeni zərbələri təsdiqləyib. Eyni zamanda Sankt-Peterburqda Rusiya Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli zabitinin avtomobilində partladılaraq öldürüldüyü məlum olub.
Zelenski son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələrinin cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Yaroslavl vilayətindəki Neft Emalı Zavodunu vurduğunu bəyan edib. O, həmçinin Qara dənizdə və Saratov vilayətindəki Engels hərbi aerodromunda xüsusi əməliyyat keçirildiyini diqqətə çatdırıb.
Ukrayna dövlət başçısının sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Alfa" xüsusi təyinatlı qurumu Engels aerodromunda Rusiyaya məxsus "Tu-95MS" raketdaşıyıcı təyyarəsini sıradan çıxarıb. Zelenski xatırladıb ki, Ukrayna şəhərlərini raket atəşinə tutan məhz bu tip strateji bombardmançı təyyarələrdir.
“AzPolitika.info”

Şərhlər