“Global Spirits” qrupuna daxil olan Ukraynanın “Хортица” spirtli içki zavodu Rusiyanın hava hücumu nəticəsində demək olar, tamamilə məhv edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, Zaporojyedə yerləşən müəssisəyə dörd dəfə hücum edilib. Son hücumdan sonra zavod ən azı üç saat yanıb. Hücum nəticəsində şirkət təxminən 3-4 milyon şüşə hazır məhsul itirib. Məhsulun bir hissəsi tamamilə yanıb, digərləri isə əriyib və atılmalıdır.
“Global Spirits” qeyd edib ki, bir şüşənin orta qiyməti təxminən 100 qrivna olub.
Şirkətinin portfelinə 87-dən çox ölkəyə ixrac edilən araqlar, konyaklar və şərablar daxildir. Holdinqin Ukraynada iki istehsal müəssisəsi var idi: “Хортица” spirtli içki zavodu və Odessa Konyak Zavodu.
“AzPolitika.info”

Şərhlər