Bu gün UEFA Konfrans Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.
Püşkatma Monakoda keçirilib.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayıb.
IV səbətdə yer alan Türkiyə təmsilçisi "Trabzonspor"un rəqibləri bəlli olub. Komanda öz meydanında "Frayburq", "Harts" və "Yablonets"lə üz-üzə gələcək. Super Liqa klubu səfərdə isə "Srvena Zvezda", "KuPS" və ÇSKA (Sofiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, liqa mərhələsinin oyunları 15 oktyabr – 17 dekabr tarixləri arasında keçiriləcək.

Şərhlər