Menu

Pentaqon rəhbəri prezident olmaq istəyir? - Heqsetin cavabı

29.08.2026, 08:38
Pentaqon rəhbəri prezident olmaq istəyir? - Heqsetin cavabı

Pentaqon rəhbəri Pit Heqset “NBC News”un 2028-ci il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğu barədə xəbərlərini təkzib etdi.

"AzPolitika" xəbər verir ki, Heqset bu barədə öz “X” hesabında məlumat verib.

"Bu, tamamilə yalandır. Biz bunu NBC-yə dedik, amma onlar yalnız anonim mənbələr vasitəsilə yalan danışırlar. Mənim yeganə vəzifəm Müdafiə Nazirliyini yenidən möhtəşəm etməkdir", - Heqset yazıb.

Qeyd edək ki, “NBC News” mənbələrə istinadən Heqsetin 2028-ci ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini yaxın ətrafı ilə müzakirə etdiyi haqda məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol