Hindistanda tərəfdarları tərəfindən “ruhani lider” kimi qəbul edilən Sant Rampal Ji Maharaj müritləri ilə görüşü zamanı istifadə etdiyi qeyri-adi qurğu ilə sosial mediada gündəmə gəlib.
Yayılan görüntülərdə Rampalın şüşə ilə əhatə olunmuş və kondisionerlə təchiz edilmiş xüsusi kabinədə oturduğu görünür. Onun qarşısında toplaşan çoxsaylı izləyicilər isə növbə yaradaraq “ruhani lider”in ayaqlarını öpüblər.
Görüntülər qısa müddətdə geniş yayılıb və bir çox sosial media istifadəçisi bu yanaşmanı tənqid edib.
"AzPolitika.info"

Şərhlər