Menu

Azərbaycan və Qırğızıstan arasındakı əməkdaşlıq memorandumu təsdiqləndi

02.09.2026, 14:03
Azərbaycan və Qırğızıstan arasındakı əməkdaşlıq memorandumu təsdiqləndi

Azərbaycan Dövlət Statistika Komitəsi ilə Qırğızıstan Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qırğız Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilib.

Fərmana görə Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol