Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 2026-cı il üçün 300 manat müəyyən edilib.

Məlumat üçün bildirək ki, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial norma hesab olunur. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə formalaşdırılır.

Azərbaycanda hökumət yaşayış minimumunu demək olar ki, hər il müəyyən səviyyədə, mərhələli şəkildə artırır. Məsələn, 2017-ci ildə 155 manat olan bu göstərici 2018-ci ildə 173, 2019-cu ildə 180, 2020-ci ildə 190, 2021-ci ildə 196, 2022-ci ildə 210, 2023-cü ildə 246, 2024-cü ildə 270, 2025-ci ildə 285 manat olub.

Lakin ölkədə ərzaq və gündəlik istehlak məhsullarının qiymətlərindəki artım fonunda bu məbləğin vətəndaşların real minimum xərclərini nə dərəcədə qarşıladığı sual doğurur. Çünki ölkədəki inflyasiya fonunda artan ərzaq, kommunal xidmətlər, nəqliyyat, geyim və digər zəruri ehtiyacların qiyməti nəzərə alındıqda, bu gün aztəminatlı ailələrin aylıq büdcəsinə düşən yük də artıb.

İqtisadçı Xalid Kərimli "AzPolitika"ya şərhində bildirib ki, yaşayış minimumunun məbləğinin kifayət edib-etmədiyini konkret hesablamalar aparmadan söyləmək çətindir.

Xalid Kərimli bildirib ki, yaşayış minimumunun hesablanması üçün Nazirlər Kabinetinin müvafiq qərarları və müəyyən edilmiş istehlak səbətinin tərkibi əsas götürülür. Bu səbətə ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər daxildir.

İqtisadçının sözlərinə görə, həmin tərkib üzrə bir nəfər üçün illik istehlak normaları müəyyən edilir: "Məsələn, il ərzində nə qədər ət, yumurta və digər ərzaq məhsullarının istehlak edilməli olduğu nəzərə alınır. Daha sonra bu normalar məhsulların orta qiymətlərinə vurularaq yaşayış minimumunun məbləği hesablanır. Orada bir insanın illik normativləri var. Nə qədər yumurta yeməlidir, nə qədər ət yeməlidir və sair. Bu, minimumdur. Onu da orta qiymətə vururlar, qiymət dəyişikliklərini nəzərə alıb təqdim edirlər".

İqtisadçı qeyd edib ki, 2027-ci il üçün yaşayış minimumu da eyni metodologiya əsasında yenidən hesablanacaq və qiymət dəyişiklikləri nəzərə alınacaq.

Maraqlıdır ümumi qəbul edilən 300 manatlıq minimum yaşam norması real yaşayış xərclərini nə qədər əks etdirir və ya bir nəfərin aylıq minimum yaşam xərcinin dəyəri bu günkü qiymətlər neçə manat edir?

Nazirlər Kabinetinin 2014-cü ildə təsdiqlədiyi istehlak səbətindəki normalara əsasən hesablama apardıq:

Əlbəttə, məlumatları səliqəli şəkildə cədvələ saldım:

Məhsul və xidmətlərMinimum illik normaVahid qiymət (AZN)Aylıq qiymət (AZN)

Ərzaq məhsulları
Çörək və çörək məmulatları136.8 kq1.0423.92
Kartof54.8 kq1.506.85
Tərəvəz və bostan məhsulları97.2 kq1.8515.00
Meyvə və giləmeyvə38.0 kq4.1313.00
Ət və ət məmulatları32.9 kq13.0535.00
Süd və süd məhsulları223.6 kq10.5354.00
Balıq və balıq məhsulları7.7 kq7.724.95
Yumurta150 ədəd0.1822.27
Şəkər və qənnadı məmulatları16.9 kq5.337.50
Bitki yağı, marqarin10.9 kq8.597.80
Kərə yağı7.0 kq23.7013.80
Digər məmulatlar4.7 kq7.963.00
Geyim və ayaqqabı
Palto tipli üst geyimləri3 ədəd / 8 il140.804.40
Kostyum tipli üst geyimləri9 ədəd / 4.2 il32.005.72
Alt geyimləri9 ədəd / 2.5 il20.006.00
Corab məmulatları7 cüt / 1.5 il2.002.00
Baş geyimləri və xırdavat4 ədəd / 5 il15.001.00
Ayaqqabı6 cüt / 3.5 il40.005.72

Məişət və digər xidmətlər
Məktəb-yazı ləvazimatları3 ədəd / 1 il2.460.60
Yataq ləvazimatları11 ədəd / 7.1 il62.000.50
Mədəni-məişət və təsərrüfat malları14 ədəd / 10.2 il15.00
İlkin tələbat / sanitar əşyalarİllik xərclərin 10%-i20.00

Kommunal xidmətlər
Su təchizatı5 m³/ay0.703.50
Kanalizasiya5 m³/ay0.301.50
Qaz təchizatı21 m³/ay0.1252.60
Elektrik təchizatı50 kVt/s/ay8.404.20
Nəqliyyat692 gediş/il0.6034.00
Rabitə8.57
İnternet xidmətləri13.70

Qeyd edək ki, bir nəfər üçün müəyyən edilmiş illik istehlak normaları və məhsulların hazırkı vahid qiymətləri əsasında hesablandıqda, yalnız ərzaq xərcləri ayda 187,09 manat təşkil edir. Geyim və ayaqqabı xərcləri aylıq orta hesabla 24,84 manat, məişət və digər zəruri xərclər 36,10 manat, su, kanalizasiya, qaz və elektrik xərcləri isə 11,80 manat təşkil edir. Bununla yanaşı, nəqliyyata ayda 34 manat, rabitəyə 8,57 manat, internetə isə 13,70 manat minimum xərc tələb olunur.

Beləliklə, bir nəfərin sadalanan əsas ehtiyacları üzrə aylıq minimum xərci 316,10 manat təşkil edir.

Ancaq qanunvericiliyə görə, digər xidmətlər üçün (səhiyyə, təhsil, istirahət və s.) bütün xidmətlərə xərclənən aylıq vəsatin 15 %-i bu sahəyə yönəldilməlidir.

Yəni, 15 faiz ehtiyat payı da əlavə edildikdə aylıq minimum yaşam xərci əslində 363,52 manata yüksəlir.

Elvin Bəyməmmədli

"AzPolitika.info"