Rusiyadakı Yancaq Doldurma Məntəqələrindən(YDM) biri böyük partlayışın və yanğının bir adımlığından dönüb.
“AzPolitika” xəbər verir ki, sosial mediada YDM-lərdən birində baş verən yanğınla bağlı görüntülər yayımlanıb.
Sürücü avtomobilinin salonuna yerləşdirdiyi konisterləri benzinlə doldurmağa başlayıb. Baxmayaraq ki, təhlükəsizlik qaydalarına görə bu, qadağandır. Bir anda salonda qəfil yanğın başlayıb və alov ətrafa sıçrayıb. Yaxınlıqda yanğınsöndürən balonun olması faciənin qarşısını almağa imkan verib. Avtomobil ciddi xəsarət alsa da, YDM hadisəni itkisiz atladıb.
“AzPolitika.info”

Şərhlər